Servisin adı İnternet saytın səhifəsinə interaktiv GoMap.Az xəritəsinin əlavə olunması
Servisin təsviri Bu servis vasitəsilə miqyaslana və brauzerin pəncərəsində hərəkət edə bilən, GoMap xəritəsinin əks olunmasına imkan verən sadə veb-səhifənin yaradılması imkanlarının göstərilməsi mümkündür.
Təqdim edən qurum Mədəniyyət və Turizm Nazirliyi
Kateqoriya Nəqliyyat və kommunikasiya Mədəniyyət və istirahət
Açar sözlər icazə rabitə
Yaranma tarixi 16.07.2015
Yenilənmə tarixi 16.07.2015
API Nümunə İstifadə məlumatları
Verilmiş nümunənin məqsədi, miqyaslana və brauzerin pəncərəsində hərəkət edə bilən, GoMap xəritəsinin əks olunmasına imkan verən sadə veb-səhifənin yaradılması imkanlarının göstərilməsidir.
Rekvizitlər
Nümunədə http://openlayers.org (yeni pəncərədə açılır) saytında təsvir olunmuş OpenLayers kitabxanasından istifadə olunur. 
GoMap.Az və Openlayers API –nin sadə istifadəsi
Verilmiş nümunə, GoMap.Az və Openlayers API -ə əsaslanan sadə xəritəni yaratmağa imkan verir. Hazır nümunə burada yerləşir (yeni pəncərədə açılır). 

<head> bölməsinə: 

<script src="http://openlayers.org/api/2.12/OpenLayers.js"></script> 

JavaScript –ini qoşmaq lazımdır. 
Həmçinin, <head> bölməsində xəritə obyektini saxlayacaq var map; qlobal dəyişənini yaratmaq lazımdır. Xəritəni inisializasiya edəcək init() funksiyası da bura əlavə edilir. Init() funksiyasında, ilk növbədə xəritəni yaradaq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, xəritənin əks olunması üçün <body>bölməsində yerləşən <div id="map"> regionu istifadə olunacaqdır. Proyeksiya, koordinatlar (ölçülər) sistemi vahidləri və göstərilmə sahələrinin sərhədləri, aşağıdakı nümunəyə uyğun olaraq qoyula bilər: 


map = new OpenLayers.Map({
div: "map",
projection: new OpenLayers.Projection("EPSG:900913"),
units: "m",
restrictedExtent: new OpenLayers.Bounds(4400000, 4600000, 5700000, 5500000) });


Xəritənin əks olunma proyeksiyasını qoyuruq: 

map.displayProjection = new OpenLayers.Projection("EPSG:4326"); 

GoMap.Az xəritəsinin laylarını yaradırıq. GoMap.Az xəritəsinin layları OSM (OpenStreetMap) laylarına oxşar işləyir. Bu zaman OpenLayers kitabxanasının idarə edilməsi üçün üç - x, y, z parametrləri ötürülür, burada z – miqyasın dərəcəsini göstərir. lng parametri xəritənin yazı dilini verir ( az, en, ru ). f parametri - xəritənin fraqmentləri formatını göstərir. 

var gomapLayer = new OpenLayers.Layer.OSM(
"GoMap.Az", "http://maps.gomap.az/info/xyz.do?lng=az&x=${x}&y=${y}&z=${z}&f=jpg", { “buffer”: 0, attribution: "(c) <a href=“http://gomap.az/”>GoMap.Az</a>", 
tileOptions: { crossOriginKeyword: null },
transitionEffect: “resize”, 
zoomOffset: 7, 
numZoomLevels: 12, 
maxResolution: 1222.99245234375
}); 

Yaradılmış layı map xəritəsinə əlavə edirik: 

map.addLayers([gomapLayer]); 

Yekunda, xəritənin mərkəzini və miqyasın dərəcəsini göstəririk, hansı ki, səhifənin ilk açılışı zamanı xəritənin əks olunması rejimini qoymağa imkan verir. 

map.setCenter(new OpenLayers.LonLat(5551660.2717726,4921653.5202719), 5); 

Səhifənin ilk açılışı zamanı init() funksiyasının işləməsi üçün, onu <body> bölməsinin sonunda çağırırıq: 

<script type="text/javascript"> init(); </script > 

Göstərilən nümunə, xəritənin 1 layı ilə işləməyə imkan verir. Daha sonra, GoogleMaps layının əlavə olunması və 2 lay ilə iş təsvir olunur. 
Bu nümunədə isə GoMap.Az API köməyi ilə koordinatdan ünvanın əldə olunması göstəriləcək. Nümunə ilə buradan tanış ola bilərsiniz. (yeni pəncərədə açılır) GoMap.Az-ın əlavə servislərindən istifadə etmək üçün səhifəyə javascript faylı əlavə edilir: 

<script src="http://maps.gomap.az/api/js/services.1.0.js"></script> 

1) API-dən istifadə etmək üçün Az.GoMap.Service.RGeo(longitude, latitude, zoom, lng, callback) funksiyası çağırılır. 
Funksiyanın parametrləri: 
longitude, latitude – nöqtənin koordinatları 
zoom – miqyas (1-18 arası) 
lng - nəticənin dili (az, en, ru) 
callback – nəticələr geri veriləndə bu funksiya çağırılacaq və birinci parametrdən ünvanı əldə edə bilərsiniz. 
Numunədə aşağıdakı argumentlər göndərilərək işləməsi yoxlanılmışdır 

Az.GoMap.Service.RGeo(lonlatD.lon, lonlatD.lat, map.getZoom(), "az", function(address) { document.getElementById("info").innerHTML = address; });

2) Javascriptdən başqa, bu xidmətdən maps.gomap.az/api.do adresinə sorğu göndərməklə də istifadə etmək olar. 

Sorğu aşağıdakı kimi tərtib olunmalıdır: 


http://maps.gomap.az/info/api.do?cm=rgeo&cx=49.833963210198&cy=40.373491130916&cz=16&lng=az 

Burada, 
cm - komandanın adıdır. Bizim sorğumuz üçün rgeo olacaq
cx, cy - ünvanı təyin etmək istədiyiniz məntəqənin koordinatları
cz - miqyas (1-18 arası) 
lng - nəticələri əldə edəcəyiniz dil (az, en, ru ola bilər) 

Sorğuya cavab olaraq sizə adres göndəriləcəkdir. Bu adres küçə, ev nömrəsi və ya küçə formasında ola bilər.